64 saylı Seçki Dairəsi ilə bağlı qərar açıqlandı

64 saylı Seçki Dairəsi ilə bağlı qərar açıqlandı
  25 Fevral 2020    Oxunub:2069
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizəd Əhədova Dilşad Meyxoş qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 1 saylı məntəqədə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti