Azər Qasımlı ilə bağlı qərar qüvvədə saxlanıldı

  24 Fevral 2020    Oxunub : 1356
Azər Qasımlı ilə bağlı qərar qüvvədə saxlanıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Qasımlı Azər Ağaqasım oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, şikayətçinin müraciətində əks olunan hallar öz təsdiqini tapmayıb. Bu baxımdan dairə seçki komissiyası doğru qərara gəlib. Ona görə şikayət təmin edilməməli və DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK