Daha iki məntəqənin nəticələri ləğv olundu

  24 Fevral 2020    Oxunub : 1283
 Daha iki məntəqənin nəticələri ləğv olundu
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədlər Məmməd Elçin Məmməd oğlunun və İsrafilov Elşad Vaqif oğlunun müraciətlərinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər: “Təqdim olunan materialların araşdırması zamanı 7 və 32 saylı məntəqələrdə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki