Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

Daha bir məntəqənin nəticələri etibarsız sayıldı
  24 Fevral 2020    Oxunub:1803
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd Rəhimov Mütəllim Qara oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, yalnız 21 saylı məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar mövcuddur. Bu baxımdan həmin məntəqənin nəticələri ləğv edilməli, şikayət qismən təmin edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin lider namizədi Ülviyyə Ağayevadır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti