Ruslan Nəsirliyə qarşı qəsd iddiası təsdiqini tapmayıb

Ruslan Nəsirliyə qarşı qəsd iddiası təsdiqini tapmayıb
  24 Fevral 2020    Oxunub:3181
“Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb”.
Bu barədə Azvision.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, həmin sürücü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub.

“Onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib”.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti