Anar Əsədlinin şikayətinə baxıldı, daha 2 məntəqə ləğv edildi

  24 Fevral 2020    Oxunub : 1503
Anar Əsədlinin şikayətinə baxıldı, daha 2 məntəqə ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əsədli Anar Əsəd oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırmamız zamanı bəlli olub ki, təqdim edilən 48 və 50 saylı məntəqələrin protokollarında pozuntular var. Ona görə həmin məntəqələrin nəticələri ləğv edilməli, şikayət qismən təmin edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK-nın 20 fevral 2020-ci il tarixli iclasında Nazim Azadoğlu və Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələri də ləğv edilib. Bununla da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində nəticələri ləğv edilən məntəqələrin sayı 13-ə çatıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament