İrandan gələn 2 nəfər Bakıda xəstəxanaya yerləşdirildi

  24 Fevral 2020    Oxunub : 1853
İrandan gələn 2 nəfər Bakıda xəstəxanaya yerləşdirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır.

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata əsasən, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

Azvision.az

Teqlər: Xəstəxana