DGK-ya 385 min elektron müraciət daxil olub

DGK-ya 385 min elektron müraciət daxil olub
  24 Fevral 2020    Oxunub:1947
Ötən ay vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 385,9 mindən çox elektron müraciət ünvanlanıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti