Dörd piyada yol qəzasının qurbanı oldu

  24 Fevral 2020    Oxunub : 1804
Dörd piyada yol qəzasının qurbanı oldu
Fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Eyni zamanda, fevralın 22-də saat 21 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini F.Fətullazadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Tahir Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada fevralın 23-də saat 7 radələrində orada ölüb.

Ötən gün saat 17 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini İslam Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa, fevralın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Gəncə şəhər sakini S.Muqumov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Fikrət Xəlilovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN