Koronavirusa qarşı effektiv vaksin tapıldı

 Koronavirusa qarşı effektiv vaksin tapıldı
  24 Fevral 2020    Oxunub:8219
Çin hakimiyyəti tezliklə koronavirus epidemiyasının başa çatacağına əmindir.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Çjan Hanhui bildirib.

"Ümid edirik ki, epidemiya mərkəzindən başqa (Hubey əyaləti) qalan əyalət və şəhərlərdə bu ayın sonunadək asayiş bərpa ediləcək. Əksər vilayət və şəhərlərdə ardıcıl olaraq 18 gündür infeksiyaların azalması müşahidə olunur”, - səfir deyib.

Diplomatın sözlərinə görə, Çin alimləri artıq koronavirusa qarşı effektiv peyvənd hazırlayıblar, lakin onun təkmilləşdirilməsinə ehtiyac duyulur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti