“Əlimizdən gələni etməyə hazırıq” - Slovakiya XİN-dən Qarabağ açıqlaması

  “Əlimizdən gələni etməyə hazırıq”  - Slovakiya XİN-dən Qarabağ açıqlaması
  24 Fevral 2020    Oxunub:3155
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə Ermənistan xarici işlər naziri ilə görüşlərin ayrılmaz hissəsini təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak (ATƏT-in ötən il fəaliyyətdə olan sədri) İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Layçak qeyd edib ki, Slovakiya ATƏT-ə sədrlik etdiyi müddətdə problemə böyük diqqət ayırıb. O, Xarici İşlər nazirlərinin, Ermənistan və Azərbaycan liderlərinin Cenevrə və Münhen görüşlərini xatırladıb.

“Fikrimizcə, görüşlər və müzakirələr müsbət haldır. Slovakiya ATƏT-in Minsk qrupunun himayəsi altında həll prosesini tamamilə dəstəkləyir. Biz onların işinə tam etibar edirik, vasitəçilərlə yaxından işləyirik. Slovakiya münaqişənin nizamlanmasında əlindən gələni etməyə hazırdır", - deyə Layçak vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Slovakiya   Qarabağ  





Xəbər lenti