“Ermənistanın yalanları tamamilə ifşa olundu” - Hikmət Hacıyev

 “Ermənistanın yalanları tamamilə ifşa olundu” -  Hikmət Hacıyev
  24 Fevral 2020    Oxunub:2025
“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında debat təşkil olundu. Hər bir vətəndaşımız, eyni zamanda dünya ictimaiyyəti canlı yayımlanan debatda Ermənistanın ifşası, xüsusən də Paşinyanın özünü utanc vəziyyətinə salmasının bir daha şahidi oldu”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

PA rəsmisi bildirib ki, Ermənistanın münaqişənin həlli ilə bağlı irəli sürdüyü əsasız iddiaların və yalanların tamamilə ifşa olunmasının bir daha da şahidi olduq: “Ermənistanın baş naziri özünü biabırçı və utanc formada təqdimatından sonra ölkəsinə qayıdaraq müxtəlif cəfəng, əsassız fikirlərlə özünə bəraət qazandırmağa çalışır. Ermənistan ictimaiyyəti, bu ölkənin ictimai-siyasi xadimləri məsələyə öz münasibətlərini bildirdilər. Paşinyanın timsalında Münhen Təhlükəsizlik Konfransında bir utanc yaşamalarını özləri etiraf etdilər. Bu, özlüyündə bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı şəkildə Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər və vacib tədbirin tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır. Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir. Həmçinin Ermənistanın iddia etdiyi bu tezislər yalandan başqa bir şey deyil. İndi də Paşinyan başda olmaqla bəzi erməni rəsmiləri özlərinin bu cəfəng fikirlərini, utanc vəziyyətlərinə bəraət qazandırmaq üçün uğursuz cəhdlər edirlər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti