İki yeniyetmə oğurluğa görə saxlanıldı
Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməli rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə daxil olduqlarını və tutduqları əməldən peşmançılıq çəkdiklərini bildiriblər. Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN