Hicran Hüseynova: “Bu gün sülh gücdən asılıdır”

 Hicran Hüseynova:  “Bu gün sülh gücdən asılıdır”
  24 Fevral 2020    Oxunub:2839
"Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal icra olunur".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu gün sülh gücdən asılıdır: “Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da öz sözünü deyə bilsin. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsunlar”.

Komitə sədri çıxışa əlavə edərək qeyd edib: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? Mütləq işğalçı və işğala məruz qalana fərq qoyulmalıdır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Münaqişə  





Xəbər lenti