Çində koronavirus faciəsi - Ölənlərin sayı 2592-ə çatdı

     Çində koronavirus faciəsi    - Ölənlərin sayı 2592-ə çatdı
  24 Fevral 2020    Oxunub:3501
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2592-ə çatıb. Son sutka ərzində virusa yoluxanların sayı 409 nəfər artaraq ümumilikdə 77150 nəfər olub. İndiyədək virusa yoluxmuş 24734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti