Daha 2 məntəqədə nəticələr etibarsız hesab olundu
MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb: "Həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. Bu səbəbdən 10 və 29 saylı məntəqlərin nəticələri ləğv edilməlidir".
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.
Elvin Abdulqədirov
Azvision.az