Deputatlığa namizədin şikayəti əsassız sayıldı

Deputatlığa namizədin şikayəti əsassız sayıldı
  23 Fevral 2020    Oxunub:2235
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydə alınan Mirzəliyeva Mehriban Ənvər qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciət edən M.Mirzəliyeva həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğunu qeyd edib: “Müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb”.

Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın.

Təklif səsə qoyularaq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti