Şamaxıda zəlzələ olub

  23 Fevral 2020    Oxunub : 1663
 Şamaxıda zəlzələ olub
Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb. Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Azvision.az

Teqlər: Şamaxı   Zəlzələ