Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada olub
  23 Fevral 2020    Oxunub:2983
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər kollegiyaları rəhbərlərinin 48-ci toplantısında iştirak edib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, ənənəvi olaraq Vyanada keçirilən konfransa Avropa Şurasına üzv ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri, bu sahədə fəaliyyət göstərən regional qurumların təmsilçiləri qatılıblar.

“Demokratiya və qanunun aliliyi” mövzusuna həsr olunmuş budəfəki konfransda Avstriyanın sabiq kansleri Bricit Birlayn, sabiq prezidenti Haynts Fişer, Ədliyyə naziri Alma Zadiç, Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders və digər rəsmi şəxslər çıxış ediblər.
ƏTRAFLI
hunergroup.az

Konfransda müxtəlif ölkələrin Vəkillər kollegiyalarının nümayəndələri təmsil etdikləri dövlətlərdə vəkil peşəsinin durumu barədə hesabatları təqdim edib, problemlərin həlli istiqamətində müzakirələr aparıblar.

Tədbir çərçivəsində Avstriyanın Baş Kansleri Sebastian Kurts tərəfindən qonaqların təntənəli qəbulu keçirilib.

Konfransda bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri ilə Azərbaycan nümayəndə heyəti arasında görüşlər keçirilib, əməkdaşlığın qurulması, təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Aparatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sayad Qılıcov da konfransda iştirak edib.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti