Seçkiyə dair ilk müraciət təmin edilmədi - SƏBƏB

Seçkiyə dair ilk müraciət təmin edilmədi -  SƏBƏB
  22 Fevral 2020    Oxunub:2672
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 6 saylı Culfa-Babək seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aslanov Mətləb Məhərrəmov oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Validə Abbasova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində iddia olunanlar öz əksini tapmayıb. DSK doğru qənaətə gəlib. Bu səbəbdən müraciət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bu, 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olan ilk müraciət olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti