Gədəbəydə ikimərtəbəli ev yanıb

  22 Fevral 2020    Oxunub : 1363
Gədəbəydə ikimərtəbəli ev yanıb
Gədəbəy rayonunun Arıqdam kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 390 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 195 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın