MSK-dan 68 saylı dairə ilə bağlı qərar

  22 Fevral 2020    Oxunub : 2126
MSK-dan 68 saylı dairə ilə bağlı qərar
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 68 saylı Cəlilabad seçki dairəsindən deputatlığa namizəd olmuş Mirişov Sakit Fərhad oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi 34 seçki məntəqəsinin 30-da pozuntuların olduğunu iddia edib: “Araşdırma zamanı iddialar öz əksini tapmayıb. Sosial şəbəkələrdə də pozuntular müəyyən edilməyib. Bu səbəbdən müraciət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır.”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   DSK