MSK namizədin şikayətini əsassız saydı

  22 Fevral 2020    Oxunub : 1156
MSK namizədin şikayətini əsassız saydı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Əliyeva Lətifə Oruc qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində iddialar öz əksini tapmayıb. Seçicilər sərbəst şəkildə öz hüquqlarını icra edib. Bu səbəbdən DSK doğru qənaətə gəlib. Sosial şəbəkələrdə də pozuntular müəyyən edilməyib. Bu səbəbdən müraciət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament