Namizədlərin şikayətinə baxıldı, qərar dəyişmədi

  22 Fevral 2020    Oxunub : 1299
Namizədlərin şikayətinə baxıldı, qərar dəyişmədi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədlər Quliyev Ziya Rövşən oğlu, Eyvazov Fərid Vaqif oğlu və digərlərinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçilər müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində məlum olub ki, şikayətlər təsdiqini tapmır. Bu səbəbdən müraciət təmin edilməsin və dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılsın”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   DSK