Qazaxıstanda atışma olub, yaralılar var

  22 Fevral 2020    Oxunub : 1048
Qazaxıstanda atışma olub, yaralılar var
Qazaxıstanın Aktyubin vilayətinin Xromtau şəhərində baş vermiş silahlı insident zamanı 5 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, beş nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Şübhəli şəxslər gün ərzində müəyyən edilərək saxlanılıb, izahatları alınıb. Silahlı insidentdə 16 kalibrli iki ədəd ov tüfəngindən istifadə edilib.

Hadisənin motivləri və cinayəti törədənlərin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmayıb.

Azvision.az

Teqlər: Qazaxıstan