Nigerdə 120 terrorçu məhv edilib

Nigerdə 120 terrorçu məhv edilib
  22 Fevral 2020    Oxunub:2568
Niger və Fransanın silahlı qüvvələri tərəfindən ölkənin cənub-qərbində həyata keçirilən birgə hərbi əməliyyat zamanı 120 terrorçu zərərsizləşdirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigerin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat fevralın 1-dən Mali və Burkina Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində həyata keçirilib.

Həmçinin, hərbçilər terrorçulara məxsus partlayıcı qurğular düzəltmək üçün mövcud olan avadanlıq və bir neçə nəqliyyat vasitəsini ələ keçiriblər. Hərbçilər arasında itkilər qeydə alınmayıb.

Azvision.az



Teqlər: Niger  





Xəbər lenti