Əfqanıstanda 35 min mülki şəxs öldürülüb

  22 Fevral 2020    Oxunub : 3116
Əfqanıstanda 35 min mülki şəxs öldürülüb
Son 10 ildə Əfqanıstanda baş vermiş silahlı münaqişələr nəticəsində 30 mindən çöx mülki şəxs öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstandakı BMT-nin Yardım Missiyası açıqlama yayıb.

Missiyanın hesablamalarına görə, 2009-cu ildən Əfqanıstanda 35 min insan öldürülüb, 65 min nəfər xəsarət alıb: “Bununla belə, münaqişənin təsir dərəcəsi göstərilən rəqəmlərdən də çoxdur, burada ayrı-ayrı şəxslərin, ailələrin və icmaların fiziki, psixi, sosial və iqtisadi rifahına vurulan hərtərəfli və uzunmüddətli zərər nəzərə alınır”.

Qeyd olunub ki, təkcə ötən il silahlı münaqişələr nəticəsində 3403 mülki şəxs həlak olub, 6 989-u isə yaralanıb: "2018-ci ildə münaqişə qurbanlarının ümumi sayı 10 994 nəfər olub ki, bu da 2013-cü ildən dinc əhali arasında ən aşağı itki səviyyəsini göstərir".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Əfqanıstan