Qubada narkotacirlər ələ keçdi - FOTO

  22 Fevral 2020    Oxunub : 1759
Qubada narkotacirlər ələ keçdi - FOTO
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, R.Haşımov və M.Dadaşov rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.



Onların üzərlərinə baxış keçirilən zaman R.Haşımovdan təmiz çəkisi 130 qram, M.Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zaman hər iki şəxs narkotiklərin onlara məxsus olduğunu və qanunsuz olaraq saxladılarını etiraf ediblər. Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Quba   Narkotik