Həbsxanaya şampunun içində narkotik keçirmək istədi

Həbsxanaya şampunun içində narkotik keçirmək istədi
  22 Fevral 2020    Oxunub:1922
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı şəhər sakini Sultanov Ruslan İbrahim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şampun qabının içərisndə xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,799 qram narkotik maddə - marixuana və 1.722 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti