Şabranda yol qəzası, xəsarət alan var

  22 Fevral 2020    Oxunub : 1274
Şabranda yol qəzası, xəsarət alan var
Şabran rayonunun Uzunboyad kəndində “Mazda” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza