Bu gün MSK 12 məntəqənin nəticələrini ləğv edib

   Bu gün MSK 12 məntəqənin nəticələrini ləğv edib
  22 Fevral 2020    Oxunub:3635
Fevralın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Sosial şəbəkələr də daxil olmaqla, müxtəlif mənbələrdən olan məlumatlar əsasında geniş və hərtərəfli araşdırmalardan sonra Seçki Məcəlləsi ilə müəyyən olunan müddətdə və qaydada iclasa çıxarılan müraciətlər əksər ərizəçilərin və maraqlı subyektlərin də iştirakı ilə ətraflı müzakirə edilərək müvafiq qərarlar verilib.

Qeyd edək ki, araşdırmaların nəticəsi olaraq, seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmayan halları və seçki qanunvericiliyi ilə ziddiyyət təşkil edən digər hərəkətləri əsas götürən Komissiya daha 12 seçki məntəqəsi - 91 saylı Ucar seçki dairəsinin 18 və 38, 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 20, 22 saylı Nəsimi ikinci seçki dairəsinin 1, 11, 20 və 24, eləcə də 25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Azvision.az


Teqlər: MSK   Seçki   Müraciət   İclas  





Xəbər lenti