MSK daha 1 məntəqənin nəticələrini ləğv edib
O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Şikayətçinin ərizəsi araşdırıldıqdan sonra məlum olub ki, həmin dairənin 26 saylı məntəqəsində səslərin sayılmasında pozuntulara yol verilib. Ona görə şikayət qismən təmin olunmalıdır”.
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Elvin Abdulqədirov
Azvision.az