Daha 4 məntəqənin nəticələri etibarsız sayıldı

Daha 4 məntəqənin nəticələri etibarsız sayıldı
  21 Fevral 2020    Oxunub:3121
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məmmədov Vüqar Qurban oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində 4 seçki məntəqəsində pozuntular müəyyən edilib. 1, 11, 20 və 24 saylı seçki məntəqələrində keçirilən səsvermə seçicilərin iradəsini özündə əks etdirmir. Buna görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilsin və müraciət qismən təmin olunsun”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti