Manaf Ağayev polisə çağırıldı, üzr istədi

 Manaf Ağayev polisə çağırıldı, üzr istədi
  21 Fevral 2020    Oxunub:13537
Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
Azvision.az xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Qeyd edək ki, müğənni Manaf Ağayev televiziya kanalında qadınlarla bağlı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Azvision.az



Teqlər: Manaf-Ağayev  





Xəbər lenti