Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.