Bakıda bayram çadırlarının qurulmasına başlanılıb

 Bakıda bayram çadırlarının qurulmasına başlanılıb
  21 Fevral 2020    Oxunub:2724
Novruz bayramı ilə əlaqədar Bakıda yarmarkalar üçün çadırların quraşdırılmasına başlanılıb.
Azvision.az xəbər verir ki, artıq paytaxtın bir sıra yerlərində çadırlar qurulur. Bayram ərəfəsində yarmarkaların fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı hər il Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün şəhərin bir sıra yerlərində, ilk növbədə metro stansiyalarının yaxınlığında bayram çadırları quraşdırılır. Yarmarkalarda mağazalara nisbətən ucuz və keyfiyyətli məhsulların satışa çıxarılacağı deyilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bayram   Yarmarka  





Xəbər lenti