Sabiq müdafiə nazirinin həbsinə qərar verildi

Sabiq müdafiə nazirinin həbsinə qərar verildi
  21 Fevral 2020    Oxunub:2542
Rusiyanın hərbi məhkəməsi Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qriçenkonu 6 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq nazir Rusiyada terror hücumlarına çağırış etməkdə günahkar bilinib.

Prokuror ona 9 il həbs istəyib. Məhkəmə isə 6 il həbs qərarı çıxarıb.

Xatırladaq ki, Qriçenko hazırda Ukraynadadır, ölkə qanunları və beynəlxalq hüquq onun ekstradisiyasına imkan vermir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ukrayna   Həbs  





Xəbər lenti