Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili Ələt qəsəbəsi ərazisində Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub. Bundan sonra “KİA” markalı nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə çırpılıb. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər.
Qəzadan sonra B.Bayramov hadisə yerini tərk edib. O, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Azvision.az