Axtarışda olan 55 nəfər saxlanıldı

Axtarışda olan 55 nəfər saxlanıldı
  21 Fevral 2020    Oxunub:1634
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti