Yevlax sakinindən heroin götürülüb

  21 Fevral 2020    Oxunub : 1053
Yevlax sakinindən heroin götürülüb
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN