Sarkisyanın təyin etdiyi hakim onu mühakimə edəcək

  21 Fevral 2020    Oxunub : 1298
Sarkisyanın təyin etdiyi hakim onu mühakimə edəcək
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəmə işini aparacaq hakim Vahe Misakyanın prosesdən imtina edəcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Misakyan Serj Sarkisyanın imzaladığı fərmanla 2017-ci ilin noyabrında hakim təyin edilib. Buna baxmayaraq, hakim ona təzyiq göstərilmədiyini deyib.

"Məni qorxutmadılar və qorxutmurlar. Bəli, mən qorxaq insan deyiləm", - deyə hakim sözügedən cinayət işindən imtina edəcəyinə dair məsələyə aydınlıq gətirib.

Sarkisyanın bir milyon dollar mənimsəməkdə ittiham olunduğu "dizel işi" üzrə məhkəmə iclası fevralın 25-də keçiriləcək.

Xatırladaq ki, Serj Sarkisyan fermerlər üçün nəzərdə tutulan dizel yanacağını dövlət satınalınmasında mənimsəməkdə ittiham olunur. Onunla birlikdə o vaxtkı kənd təsərrüfatı naziri Serqo Karapetyan, onun müavini Samvel Qalstyan (dizel alışını təşkil edən), həmçinin “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da təqsirli bilinir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan   Hakim