“Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biridir” - İtaliya prezidenti

   “Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biridir” -    İtaliya prezidenti
  21 Fevral 2020    Oxunub:2769
"Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu"
Azvision.az xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində çıxışı zamanı deyib.

İtaliya Prezidenti bildirib ki, müstəqilliyini qazandıqdan sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib:

“Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir”.

Azvision.az



Teqlər: İtaliya  





Xəbər lenti