Koronavirusa yoluxanların və ölənlərin sayı artır

 Koronavirusa yoluxanların və ölənlərin sayı artır
  21 Fevral 2020    Oxunub:3041
Çində yeni növ koronavirusa yoluxanların sayı 75 min 567-ə, bu virusdan ölənlərin sayı isə 2239 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində 889 nəfərin virusa yoluxma faktı təsdiqlənib, 118 nəfər virus səbəbindən ölüb. Koronavirusa ən çox yoluxma və ölüm halı Hubey vilayətində müşahidə edilir.

Qeyd edilib ki, indiyədək 18 min 264 nəfər sağalaraq xəstəxananı tərk edib. 11 min 633 xəstənin vəziyyəti kritik qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 606 min nəfəri müəyyən edib, onlardan 120 mini həkim nəzarətinə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti