Abşeronda avtomobil təmiri sexində yanğın olub

Abşeronda avtomobil təmiri sexində yanğın olub
  21 Fevral 2020    Oxunub:1963
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexində taxta konstruksiyalardan ibarət tikili və içərisində olan əşyalar 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti