MSK 11 məntəqənin nəticələrini ləğv etdi

   MSK 11 məntəqənin nəticələrini ləğv etdi
  20 Fevral 2020    Oxunub:1994
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi deputatlığa qeydə alınmış namizədlər Nazim Azadoğlu və Faiq Kərimov həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib:

“Araşdırma zamanı müəyyən olunub ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi üçün əsaslar var. Ona görə şikayət qismən təmin olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK  





Xəbər lenti