Almaniyada atışmada ölənlərdən 5-i türkdür

Almaniyada atışmada ölənlərdən 5-i türkdür
  20 Fevral 2020    Oxunub:2297
Almaniyanın Hessen əyalətinin Hanau şəhərində baş vermiş atışmada ölənlərdən 5 nəfəri türkdür.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib. Onun sözlərinə görə, Almaniyadakı irqçi terror hücumunda həyatını itirən 9 nəfərdən 5-i türkdür.

Xatırladaq ki, bu gecə Hanau şəhərində silahlı hücum zamanı 9 nəfər həlak olub, 5 nəfər yaralanıb. Hadisəni törədən şəxsin "ksenofobiya" devizi ilə hərəkət edən Tobias R. olduğu bildirilir. Onun evində hücum zamanı anası ilə birlikdə meyiti aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Hücum  





Xəbər lenti