Suriyada ABŞ və Rusiya hərbçiləri arasında gərginlik

Suriyada ABŞ və Rusiya hərbçiləri arasında gərginlik
  20 Fevral 2020    Oxunub:2051
Kreml Suriyada ABŞ qüvvələrinə məxsus hərbi maşın və Rusiya hərbi polis avtomobili ilə əlaqədar baş vermiş insidenti şərh etməyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bunun Müdafiə Nazirliyinə aid məsələ olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin “Haberturk” kanalı ABŞ əsgərlərinin olduğu zirehli avtomobilin Suriyanın şimalındakı Kamışlı bölgəsində Rusiyaya məxsus hərbi polis maşınını yoldan çıxardığı barədə məlumat yayıb.

Kanalın nümayiş etdirdiyi kadrlarda ABŞ Silahlı Qüvvələrinin karvanının və Rusiya hərbi polisinin maşınlarının iki zolaqlı yolda necə hərəkət etdiyi görünür.

Belə ki, rusların avtomobili qarşıdakı zolaqda amerikalıların avtomobilini keçməyə cəhd edir, amma ABŞ-a məxsus zirehli maşın manevrin başa çatmasına imkan vermir. Sonra həmin avtomobil amerikalıların olduğu yolun sağ tərəfinə keçməyə çalışır, lakin ABŞ hərbçiləri onu sıxışdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Suriya   Rusiya  





Xəbər lenti