Bakıda itkin düşən şəxs oteldən tapıldı - FOTO

Bakıda itkin düşən şəxs oteldən tapıldı -    FOTO
  20 Fevral 2020    Oxunub:1954
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, N.Əliyev paytaxda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti