Erməni əsgər anaları yenidən etiraza qalxdı

Erməni əsgər anaları yenidən etiraza qalxdı
  20 Fevral 2020    Oxunub:2033
Ermənistanda ölən əsgərlərin anaları İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Etirazçılar baş nazir Nikol Paşinyanla görüşməyi tələb edirlər. Onlar baş nazirlə ciddi danışmaq istədiklərini bildiriblər.

Etirazçıların qarşısına çıxan parlamentin vitse-spikeri Alen Simonyan deyib ki, onların tələbini Paşinyana çatdıracaq. Hazırda aksiya davam edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Əsgər  





Xəbər lenti