Azərbaycanda 5 tibbi ərazi bölməsi fəaliyyətə başlayıb

Azərbaycanda 5 tibbi ərazi bölməsi fəaliyyətə başlayıb
  20 Fevral 2020    Oxunub:2478
Fevralın 15-ə olan məlumata görə, icbari tibbi sığorta tətbiq olunan 23 rayon üzrə tibb müəssisələrinə 381 482 nəfər müraciət edib. Tibb müəssisələrində 1 321 592 tibbi xidmət göstərilib.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ən çox xidmət göstərilən tibb müəssisəsi Mingəçevir Şəhər və Yevlax Rayon Mərkəzi Xəstəxanaları olub.

Z.Əliyev, həmçinin qeyd edib ki, bu gün 5 ərazi üzrə tibb bölməsi - Şək-Zaqatala, Bərdə - Yevlax, Quba- Xaçmaz, Göyçay- Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tibb   Xəstəxana  





Xəbər lenti